"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandasının yeni mövsümə uğursuz başlamasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, İngiltərə Premyer Liqasının son turunda öz meydanında "Liverpul"a 0:3 hesabı ilə uduzan "qırmızı şeytanlar"ın baş məşqçisinin sözlərini BBC belə çatdırıb:
"Mən Harri Potter deyiləm. Bu, hələ mövsümün üçüncü oyunudur. Biz yeni komanda qurmalıyıq. Bunu dəfələrlə izah etmişəm. Heyətdə gənclər və yeni oyunçular var. "Liverpul"la oyunda üç futbolçumuz cari mövsüm meydana ilk dəfə çıxdılar. Hər şey yaxşı olacaq. Əminəm ki, mövsümün sonunda MY-nin mükafat qazanmaq şansı olacaq".
Nihat