Kolumbiya millisinin sabiq qapıçısı Rene İqita Meksikanın "Leon" klubundan ayrılmağa yaxın olan məşhur həmyerlisi Xames Rodrigesə məsləhət verib.
Fanat.Az-ın məlumatına görə, "Marca" onun sözlərini belə çatdırıb:
"Atletiko Nasyonal"da işlədiyim üçün Xamesi öz komandamda görmək istəyərdim. Baş məşqçi olsaydım, ona dəvət göndərərdim. Rodrigesin Meksikadakı çıxışından mövsüm ərzində zövq almışıq. Kolumbiyada Xamesdən danışmaq Argentinada Lionel Messidən və ya Dieqo Maradonanı müzakirə etmək kimidir".
Qeyd edək ki, İqita "Atletiko Nasyonal"da qapıçılarla iş üzrə məşqçidir.
Nihat