"Məğlubiyyətin əsas səbəbkarı mənəm" - Tərlan Əhmədov

"Məğlubiyyətin əsas səbəbkarı mənəm" - Tərlan Əhmədov
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 31-ci turunda "Rəvan"a uduzduqları  oyun (0:1) haqda fikirlərini bildirib.
- Tapacağım bir söz yoxdur. Bu oyunun daha ağır keçəcəyini əvvəldən təxmin etmişdik. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Məğlubiyyətin əsas səbəbkarı mənəm. Çünki futbolçuları oyuna kökləyə bilməmişdim. Bir də ki hələ səfər sindromunu qıra bilmirik. Qalan 5 turda maksimum xal yığmağa çalışacağıq. Rəqib daha istəkli idi. Qarşıda "Xəzər Lənkəran"la daha ağır oyunumuz var. 
 
- Oyunçulardan çox narazı idiniz. Belə demək olarmı ki, AZAL ən zəif oyununu oynadı?
- Heyətdəki itkilərimiz öz sözünü dedi. Komanda potensialından, futbolçular bacardıqlarından aşağı çıxış etdi. Ona görə aqressiv idim. Murad Səttaralı Emin Cəfərquliyevin olmamağı oyunumuza öz təsirni göstərdi. Ancaq futbol bununla bitmir. Bundan nəticə çıxardıb qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq. (Sportnet.az)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər