"Mbappeyə göz dəyib, mən belə şeylərə inanıram"

"Mbappeyə göz dəyib, mən belə şeylərə inanıram"

Fransa millisinin sabiq futbolçusu Emmanuel Peti Kilian Mbappenin "Real Madrid"də ümidləri doğrulda bilməməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "MaxiFoot" onun sözlərini belə çatdırıb:

"Düşünürəm ki, Mbappeyə göz dəyib. Mən belə şeylərə inanıram. Ola bilsin ki, siz inanmırsınız. Bunu ona görə deyirəm ki, sözlərimə cavabdehəm. Mən inanıram, çox şeyə inanıram. Qərb insanları belə şeyləri ciddiyə almasa da, mən fərqli düşünürəm".

Xatırladaq ki, Mbappe Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində səfərdə "Liverpul"a qarşı keçirdikləri matçda (0:2) penalti imkanını boşa verib. "Qırmızılar"ın irlandiyalı qapıçısı Kivin Kelleher fransalı ulduzun zərbəsini dəf edib.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər