"Mbappenin nə vaxtsa fransızlar üçün Zidan olacağını düşünmürəm"

"Mbappenin nə vaxtsa fransızlar üçün Zidan olacağını düşünmürəm"

"Kilian Mbappenin nə vaxtsa fransızlar üçün Zinəddin Zidan olacağını düşünmürəm. Kilianın o səviyyəyə çatması çətin məsələdir".

Fanat.Az "Goal"a istinadən xəbər verir ki, bu sözləri Fransa millisinin sabiq hücumçusu Cibril Sisse deyib.

Karyerasının ən parlaq dönəmini "Liverpul"da keçirmiş Sisse əlavə edib: "Əlbəttə, Mbappeni də azarkeşlər sevirlər, amma Zidan bütün Fransanın qürur mənbəyi idi. Biz heç vaxt Zizu qədər çox sevilən birini görməyəcəyik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər