"Matçın taleyini ilk yarıda həll etdik" - "Şəki Siti"nin baş məşqçisi

"Matçın taleyini ilk yarıda həll etdik" - "Şəki Siti"nin baş məşqçisi

2-ci Liqanın 6-cı turu çərçivəsində "Ağdaş"ın qonağı olan "Şəki Siti" 3:0 hesablı qələbə qazandı. Matçın ardından qonaqların baş məşqçisi Elvin Həsənov fikirlərini Fanat.Az-a bölüşdü:

"Oyundan öncə də dediyim kimi, meydan qeyri-qənaətbəxş səviyyədədir. Üstəlik, oyun başlayanda yağış da başladı. Mövcud şəraitə rəğmən, matçın əvvəlindən istədiyimiz futbolu oynaya, planlarımızı ortaya qoya bildik. Demək olar ki, matçın taleyini ilk yarıda həll etdik. Sonra meydan amili səbəbindən 3 məcburi əvəzləmə qaçılmaz oldu. Zədədən yeni qayıtmış futbolçularımız yenidən problem yaşadılar. Əsas odur ki, 3 xal qazandıq və yolumuza davam edirik. Liderlər qrupundan qopmamaq vacib idi. Birgünlük istirahətdən sonra növbəti tutun oyununa hazırlaşacağıq".

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər