"Mançester Yunayted"in və Tunis millisinin yarımmüdafiəçisi Hannibal Mejbri karyerasını digər İngiltərə klubunda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 21 yaşlı futbolçu Çempionşip təmsilçisi "Börnli"yə keçib.
Məlumatı klubun rəsmi saytı yayıb. Onunla 4 illik müqavilə bağlandığı açıqlansa da, oyunçunun hansı qiymətə alındığı barədə məlumat verilməyib.
Xatırladaq ki, Mejbri ötən mövsüm icarə əsasında "Sevilya"nın uğurları üçün çalışıb.
Nihat