"Mançester Yunayted"in əfsanəsi dünyasını dəyişdi - Faciədən xilas olmuşdu

"Mançester Yunayted"in əfsanəsi dünyasını dəyişdi - Faciədən xilas olmuşdu

"Mançester Yunayted"in əfsanəvi futbolçusu Cef Uaytfut 90 yaşında vəfat edib. 

Fanat.Az xəbər verir ki, məlumatı İngiltərə nəhənginin mətbuat xidməti təsdiqləyib.

"Mançester Yunayted"in əfsanəsi dünyasını dəyişdi - Faciədən xilas olmuşdu

Uaytfoot 1950-ci ilin aprelində - 16 yaş 105 gün olarkən "Portsmut"la qarşılaşmada debüt etməklə "Mançester Yunayted"in tarixinə ən gənc debütant kimi düşüb. O, "qırmızı şeytanlar"ın heyətində yeddi il oynayıb, iki dəfə liqa qalibi olub.

Uayfrut 1957-ci ildə komandadan ayrılaraq Qrimsbi Taun şəhərinə köçüb ki, o vaxt bu qərarı onun həyatını xilas edib. Belə ki, cəmi 3 ay sonra mançesterli futbolçuları daşıyan təyyarə Münhendə qəzaya uğrayıb. Uçuş zolağında qəzaya uğrayan təyyarədə həlak olan 23 nəfərdən 8-i onun futbolçu yoldaşları olub.

Uayfrut həmçinin "Nottingem Forest"də oynayıb və 1959-cu ildə İngiltərə Kubokunu qazanıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər