"Mançester Yunayted"in baş məşqçisi müəyyənləşdi

"Mançester Yunayted"in baş məşqçisi müəyyənləşdi
"Mançester Yunayted" baş məşqçisini dəyişir. Fanat.az xəbər verir ki, Premyer Liqa klubu 27 illik Aleks Ferqyuson "hakimiyyəti"ndən sonra komandanın başına keçən David Moyesdən narazıdı.
"Sunday People"nin xəbərinə görə, uğursuz mövsüm keçirən komandanın baş məşqçisi yayda yola salınacaq. Artın onun yerini kimin tutacağı da bəllidi. Hazırda Hollandiya millisinə başçılıq edən Luis van Qaal "Mançester Yunayted"in başına keçəcək. O, DÇ-2014 başa çatandan sonra yığmanı tərk edərək Premyer Liqaya üz tutacaq.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər