Paul Poqba "Mançester Yunayted"ə keçmək üçün "Real" və "Barselona"nın təklifindən imtin edib. Fanat.Az xəbər verir ki, bu barədə fransalı ulduz özü açıqlama verib.
"Yuventus"dan "Mançester Yunayted"ə 105 milyon avroya transfer olunan 2012-ci ildə ayrıldığı doğma klubuna yarım qalmış bir hekayəni tamamlamaq üçün döndüyünü bildirib: "Mançester Yunayted"ə gəldim, üçün bəlli hədəflərim var. Bu mənim üçün böyük bir meydan oxumadı. "Real" və ya "Barselona"ya gedə bilərdim. Onlar da məni istədi, amma ürəyimin səsini dinlədim.
Fanat.Az