"Mançester Yunayted"də "buzlar əridi" - Ten Haqdan önəmli açıqlama

"Mançester Yunayted"də "buzlar əridi" - Ten Haqdan önəmli açıqlama

"Mançester Yunayted"in vingeri Ceydon Sanço ilə baş məşqçi Erik ten Haq arasında münaqişə yoluna qoyulub. 

Fanat.Az xəbər verir ki, bu barədə niderlandlı mütəxəssis özü “The Athletic”-ə danışıb.

“Biz keçmişdə olanların üstündən xətt çəkmişik. "Mançester Yunayted"in yaxşı oyunçulara ehtiyacı var və Ceydon belə futbolçudur. Biz olanları unudub irəliləyirik”.

Sanço ten Haq ilə münaqişəyə görə keçən mövsüm "Mançester Yunayted"də cəmi 3 oyun keçirib. 24 yaşlı vinger son mövsümün ikinci yarısını icarə əsasında Dortmund "Borussiya"sında keçirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər