"Mançester Yunayted" "Real"ın futbolçusuna elçi düşüb. Fanat.az Fransa mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytan"lar Angel Di Marianı transfer etmək istəyir.
Baş məşqçi David Moyesin Antonio Valensiya, Eşli Yonq və Naninin performansından narazı olduğu deyilir. Şotland mütəxəssis bu futbolçularla eyni mövqedə oynayan Di Marianın transferini rəhbərlikdən istəyib.
"Mançester Yunayted"in qışda argentinalı ulduzun transferi üçün "Real"a 21 milyon avro təklif edəcəyi deyilir.
Fanat.az