"Mançester Yunayted" "Bayern"in 2 ulduzu ilə razılığa gəldi - SON DURUM

"Mançester Yunayted" "Bayern"in 2 ulduzu ilə razılığa gəldi - SON DURUM

"Mançester Yunayted" iki səs-küylü transfer reallaşdırmağa yaxındır. 

Fanat.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Mənbənin məlumatına görə, İngiltərə nəhəngi "Bayern Münhen"in müdafiəçiləri Matteys de Ligt və  Nussair Mazrauinin transferi ilə bağlı razılığa gəlib. 

Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" De Ligt üçün 45 milyon avro ödəyəcək, daha beş milyonu isə bonus olaraq ödəyəcək. Niderlandlı "5+1" illik müqavilə imzalayacaq.

Mazraui isə MY-yə 15 milyon avro, üstəgəl 5 milyon avro bonusa başa gəlib.

De Ligt ötən mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Mazraui isə 29 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, hər iki müdafiəçi “Bayern”ə 2022-ci ildən “Ayaks”dan keçib. Amsterdam klubunda onlar "Mançester Yunayted"in hazırkı baş məşqçisi Erik ten Haqın rəhbərliyi altında çıxış ediblər.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər