"Mançester Yunayted" kimi komandanın evdə 0:3 hesabı ilə uduzması..." - Ruben Amorim

"Mançester Yunayted" kimi komandanın evdə 0:3 hesabı ilə uduzması..." - Ruben Amorim

İngiltərə Premyer Liqasının 17-ci turunda öz meydanında "Bornmut"a 0:3 hesabı ilə uduzan "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim ağır yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini ESPN belə çatdırıb:

"Mənim işim komandanı məşq etdirməkdir. Əlbəttə, mükəmməlləşmək istəyirik. İndi hər şey mürəkkəbdir. "Mançester Yunayted" kimi komandanın evdə 0:3 hesabı ilə uduzması hamı üçün çox ağırdır. Təbii ki, azarkeşlər də məyusdurlar və məğlubiyyətlərdən beziblər".

Xatırladaq ki, Amorim Mançester təmsilçisinə noyabrın 11-dən rəhbərlik edir. Portuqaliyalı mütəxəssis "qırmızı şeytanlar"ı 9 matça çıxarmağa imkan tapıb. MY bu qarşılaşmalarda 4 qələbə, 4 məğlubiyyət, 1 bərabərliklə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər