"Mançester Yunayted" Kazemironun varisini tapdı

"Mançester Yunayted" Kazemironun varisini tapdı

"Mançester Yunayted" rəhbərliyi və skaut heyəti yayda komandadan ayrılması gözlənilən Kazemironu əvəz edəcək namizədləri müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" "Nottingem Forest"in gənc istedadı Elliot Anderson və "Real Madrid"in ulduzu Aureliyen Çuameni ilə yaxından maraqlanır.

"The Telegraph"ın məlumatına görə, klubun yay yenidənqurma planının bir hissəsi olaraq hər iki futbolçu qısa siyahıya daxil edilib.

Xüsusilə Çuameninin transferi Madrid təmsilçisinin digər planlarından asılı olsa da, Anderson daha real hədəf kimi görünür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər