"Mançester Yunayted" işçilərin yeməyini kəsdi - SƏBƏB

"Mançester Yunayted" işçilərin yeməyini kəsdi - SƏBƏB

"Mançester Yunayted" rəhbərliyinin qənaət üçün atdığı addım işçilərin narazılığına səbəb olub.

Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.

Xəbərə görə, Mançester təmsilçisinin idarəçiləri oyun günü klubun əməkdaşlarına lanç-boks (sendviç, baton, çips və içki) verilməsini dayandırıblar. Mənbə narazılıq edən işçilərə korporativ müştərilər üçün hazırlanan yeməyin qalıqlarının təklif olunduğunu vurğulayıb. Rəhbərliyin bu addımı qidanın böyük qismi istifadə olunmadığı üçün atdığı diqqətə çatdırılıb. 

Xatırladaq ki, MY mövsümün ilk oyununda "Fulhem" üzərində 1:0 hesablı qələbə qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər