"Mançester Yunayted" idman direktoru ilə vidalaşdı

"Mançester Yunayted" idman direktoru ilə vidalaşdı

"Mançester Yunayted" klubu idman direktoru Den Eşuortla yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.

Mənbənin məlumatına görə, klubda cəmi 5 ay fəaliyyət göstərən Eşuortla bağlı qərar İngiltərə Premyer Liqasının 15-ci turunda "Nottingem Forest"lə qarşılaşmadan sonra verilib. O, klubun baş direktoru Omar Berrad ilə görüşərək postundan ayrılıb.

Əvvəllər "Nyukasl"da işləyən mütəxəssis iyulun 1-də komandaya qoşulmuşdu. 

Qeyd edək ki, Eşuortun iştirakı ilə yayda transfelerə 200 milyon funt-sterlinqə yaxın məbləğ xərclənib. Əvəzində "Mançester Yunayted" 19 xalla 13-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər