"Mançester Yunayted" təcrübəli müdafiəçi Conni Evansı heyətində saxlamaq istəyir.
Fanat.Az "Manchester Evening News"-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 36 yaşlı futbolçu ilə yeni müqavilə bağlamaq üçün danışıqları davam etdirir.
Xatırladaq ki, “Mançester Yunayted”in yetirməsi olan Evans "qırmızı şeytanlar"ın düşərgəsinə ötən yay "Lester"dən keçib. Müdafiəçi 2023/2024 mövsümündə 30 rəsmi oyuna çıxıb və bir məhsuldar ötürmə edib.
Əlavə edək ki, “Mançester Yunayted” üçün yeni mövsüm İngiltərə Superkuboku uğrunda matçla başlayacaq. Kubok uğrunda mübarizədə Erik ten Haqın komandası "Mançester Siti" ilə üz-üzə gələcək.
Mirağa