Azərbaycan millisi sentyabrın 27-də Litva ilə qarşılaşacaq. Yığmanın sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb Tacikistan ilə yoldaşlıq görüşündə oyunçuların performansı və səfər matçı barədə fikirlərini soruşduq. səfər matçı barədə fikirlərini soruşduq. Onun Fanat.Az -a açıqlaması belə oldu: “Litva Lixtentşeynlə matçda 2:0 hesablı qələbə qazandı. Çətin görüş bizi gözləyir. Uğurlu start vacib amildir. Müsbət nəticə nümayiş etdirməklə hədəflərimizi göstərəcəyik. Son yoxlama matçında Ayxan Abbasov futbolçuları sınaqdan keçirdi. Çalışdığı qədər bir çox oyunçuya şans verdi. Ancaq Tacikistanla görüş yoldaşlıq matçıdır. Bu oyunu rəsmi görüşlərlə bir tutmaq olmaz. Litva ciddi rəqibdir. Toral Bayramov baxımlı qol vurdu. Fəal iştirak etdi. Mahir Emreli də öz keyfiyyətini nümayiş etdirdi. Matça girdikdən sonra oyunun ritmini dəyişdirdi. Komandaya bir növ güc qatdı. Millimizə uğurlar arzulayıram. Ümid edirəm ki, qələbə qazanacağıq”. Əlisahib İbrahimli
"Mahir Emreli də öz keyfiyyətini nümayiş etdirdi" - Vaqif Sadıqov
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:51
13.10.2026
Həftəiçi oyunlar bu kanallarda- AFİŞA