"Madrid? Orada Fernandesin dostları çoxdur" - Argentinalı ulduzun agenti təsdiqlədi

"Madrid? Orada Fernandesin dostları çoxdur" - Argentinalı ulduzun agenti təsdiqlədi

"Çelsi"nin argentinalı yarımmüdafiəçisi Entso Fernandesin agenti Xavyer Pastore müştərisinin İngiltərə nəhəngindən ayrılmağa hazırlaşdığını təsdiqləyib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:

"Hazırda "Çelsi"ni tərk etmək barədə düşünürük. Madrid? Orada Fernandesin dostları çoxdur. Məsələn, Xulian Alvareslə boş vaxtlarını birlikdə keçirirlər. Həm də Madridi kim sevmir ki? Mən heç vaxt orada oynamamışam, amma indi bu şəhərdə yaşayıram".

Fernandes "Çelsi"yə 2023-cü ilin yanvarında "Benfika"dan transfer olunub. 25 yaşlı argentinalının "zadəganlar"la müqaviləsinin müddəti 2032-ci ilə qədər nəzərdə tutulub. Ötən mövsüm bütün turnirlərdə 61 matça çıxan Entso 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər