"Londonda iki ən yaxşı taktika ustası qarşılaşacaq"

"Londonda iki ən yaxşı taktika ustası qarşılaşacaq"
"Atletiko"nun və Türkiyə yığmasının üzvü Arda Turanın müsahibəsi
- Son turda "Valensiya"nı məğlub etdiz. Belə görünür ki, mövsümü çempion kimi başa vurucaqsız. Komandada vəziyyət necədi?
- Hazırda gündəmimizdə sadəcə "Çelsi" var. La Liqanı unutmuşuq, "Valensiya" matçı geridə qalıb. Baş məşqçimizin dediyi kimi, artıq hər oyun finaldı. Çərşənbə günü Londonda bizi bir final gözləyir. Yaxşı oynayıb, finala çıxmaq istəyirik. Ondan sonra La Liqadakı "Levante" matçı barədə fikirləşəcəyik.
- La Liqada 3 matç qalıb. İkisini qazansaz, çempion olacaqsız. Səncə, bunu bacaracaqsız?
- Dediyim kimi, hazırda hədəfimizdə sadəcə "Çelsi" matçı var. Ondan sonra "Levante"ni düşünüb, ən yaxşı şəkildə analiz etməyə çalışacağıq. Meydana çıxıb hər zamankı kimi savaşacağıq. Ümid edirəm ki, "Levante"ni udub, "Malaqa" matçında çempionluğu elan edəcəyik.
- Artıq 3 mövsümdü İspaniyadasan. Hər mövsümdə bir kubok qazandıq. Bu mövsüm iki kubok qazanmaq şansın var: Çempionlar Liqası və La Liqa. Hər ikisini qazana bilərsiz?
- İnşallah, mövsümü iki kubokla başa vurarıq. Bu komandanın bir parçası olmaq, hər gün bu komanda üçün savaşmaq çox gözəl bir hissdi. Bu səbəbdən özümü çox xoşbəxt və yaxşı hiss edirəm. Zədədən sonra bərpa prosesini keçmişəm. Yavaş-yavaş tam formamı bərpa edirəm. Fiziki cəhətdən daha yaxşı durumdayam. Son iki matçda meydana çıxıb, özümü yavaş-yavaş toparladım. Çünki 20 gün məşq etməmişdim. İndi daha yaxşıyam. İnşallah, yarımfinalda "Çelsi"ni yenər və finala çıxarıq. 
- Londona 0:0 hesablı heç-heçə ilə gedirsiniz. Şansınız nə qədərdi?
- Nə bizim, nə də rəqibin üstünlüyü var. Hər şey başladığı kimidi. Biz hər top, hər saniyə üçün savaşan bir komandayıq. Bacaracağımıza inanıram. Çempionlar Liqasının finalı xəyaldı. Biz də xəyalların ardınca qaçırıq. Görək hara qədər gedəcəyik. "Atletiko" azarkeşləri bilir ki, meydanda bütün gücümüzü ortaya qoyacağıq. Qazansaq da, uduzsaq da.
- Taktiki cəhətdən ağır oyun olacaq...
- Bir tərəfdə Simeone, digər tərəfdə Mourinyo var. Bu səbəbdən ağır oyun olması normaldı. Dünyanın iki ən yaxşı taktika ustası qarşılaşacaq.
- Mourinyo mseydanda hər kəsin təqdir etdiyi bir insandı. Meydandan kənardakı Mourinyo haqqında isə mübahisəli fikirlər var. Mən necə düşünürsən?
- O, meydanda da, meydandan kənarda da hər zaman təqdir etdiyim insandı. Özünün də dediyi kimi "xüsusi məşqçi"di. Amma biz də "çox özəl" bir baş məşqçiyə sahibik. Hətta bəlkə də ondan daha üstün birinə... Gözəl qarşılaşma olacaq. Mourinyo "xüsusi məşqçi"di, amma Simeone də dünyanın ən yaxşısı olmağa doğru irəliləyir.
- Mərci sevirsən. Ötən mövsüm "Kral Kuboku"nun finalından sonra saçını kəsdin. Bk dəfə kubokla bağlı hansısa iddian var.
- Bu dəfə iddia yoxdu. Kuboku qazansaq, ailəmlə rahat şəkildə istirahət edib, vaxt keçirmək istəyirəm. Çünki stresli və çətin bir mövsüm oldu. Gələn mövsüm də ağır olacaq. 
- "Atletiko"da xoşbəxtsən. Müqavilən də davam edir. Komandanı təkr etmək ehtimalın var?
- "Atletiko" ilə müqaviləm 2017-ci ildə başa çatacaq. Hazırda komandamın uğurundan başqa heç nə düşünmürəm. Nə ailəmi, nə dostlarımı, nə də başqa bir şeyi...
- Çempionlar Liqasını və ya İspaniya çempionluğunu qazansan, özəl bir hərəkət edəcəksək?
- Təbii ki, Türkiyə bayrağı hər zaman yamında olacaq. Başqa bir şey planlaşdırmamışam. 
- "Fənərbaxça" çempionluğu rəsmiləşdirdi. Bununla bağlı nə demək istəyirsən?
- Ürəkdən təbrik edirəm. Yaxşı mübarizə apardılar, haqlı qazandılar. Orda da dostlarımız var. Hamısınrı təbrik edirəm. Artıq uduzanın udanı təbrik etdiyi çox gözəl bir mühit var. "Qalatasaray" da çempionluqla bağlı çox gözəl bir açıqlama yayaraq "Fənərbaxça"nı təbrik edib. Bu arada "Qalatasaray" qadın basketbol komandasına "Fənərbaxça" ilə oyunda uğurlar arzulayıram. İnşallah, çempion olub, bizi xoşbəxt edərlər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər