"Lill"in müdafiəçisi İPL klubunda - RƏSMİ

"Lill"in müdafiəçisi İPL klubunda - RƏSMİ

"Lill"in müdafiəçisi Bafode Diakite karyerasını İngiltərə Premyer Liqasında (İPL) davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu Fransa təmsilçisini "Bornmut"a dəyişib.

Məlumatı "albalılar"ın mətbuat xidməti yayıb.

24 yaşlı futbolçu yeni komandasında "18" nömrəli formanı geyinəcək. Bu keçid İPL klubuna 35 milyon avroya başa gəlib.

Qeyd edək ki, 2022-ci ildən "Lill"də oynayan Diakite "doqlar"ın forması ilə 112 matça çıxaraq 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər