"Lids" rəhbərliyi komandanı elitaya daşıyan mütəxəssisə güvənmir - SON DURUM

"Lids" rəhbərliyi komandanı elitaya daşıyan mütəxəssisə güvənmir - SON DURUM

İngiltərə Premyer Liqasına vəsiqə qazanan "Lids" klubunun rəhbərliyi komandanı elitaya daşıyan baş məşqçi Daniel Farke ilə əməkdaşlığa son qoya bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.

Məlumata görə, "tovuzquşular"ın idarəçiləri 48 yaşlı mütəxəssisin komandanı İPL-də saxlaya bilməyəcəyindən ehtiyatlanırlar. Mənbə hazırda "Lids" bosslarının axtarışları davam etdirdiklərini vurğulayıb.

Qeyd edək ki, Farke 2023-cü ildən "Lids"i çalışdırır. 44 tura 94 xal toplayaraq Çempionşipin turnir cədvəlində 1-ci pillədə mövqe tutan "ağlar" aprelin 21-də İPL-ə vəsiqəni təmin edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər