"Leyptsiq" Olmonun yerinə gənc ulduz aldı

"Leyptsiq" Olmonun yerinə gənc ulduz aldı

Almaniyanın "Leyptsiq" klubu Belçika təmsilçisi "Brügge"dən Antonio Nusanı transfer edib.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, Bundesliqa təmsilçisi 19 yaşlı sol cinah vingeri ilə 5 illik müqavilə imzalayıb. Mənbə "Leyptsiq"in norveçli oyunçu üçün qarşı tərəfə 21 milyon avro və müxtəlif bonuslar ödəyəcəyini vurğulayıb.

Onun yeni klubunda 7 nömrəli formanı geyinəcəyi bildirilib.

Xatırladaq ki, "Leyptsiq" ispaniyalı vinger Daniel Olmonu bir neçə gün öncə "Barselona"ya satıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər