"Lester" rəhbərliyi 37 yaşlı Vardi ilə bağlı qərarını verdi

"Lester" rəhbərliyi 37 yaşlı Vardi ilə bağlı qərarını verdi

"Lester" rəhbərliyi komandanın 37 yaşlı hücumçusu Ceymi Vardi ilə bağlı qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Ekrem Konur yayıb.  

Mənbə Vardiyə müddəti 2026-cı ilə qədər nəzərdə tutulan yeni anlaşma təklif ediləcəyini vurğulayıb. Təcrübəli forvardın özünün də klubu ilə müqavilə yeniləməkdə maraqlı olduğu bildirilib.

Xatırladaq ki, Vardi 2012-ci ildən "Lester"in uğurları üçün çalışır. Onun "tülkülər"lə indiki müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər