İtaliya A Seriyasında II turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, turun ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Belə ki, "Kyevo" doğma divarlar arasında "Napoli"i qəbul edib. Oyuna kəskin hücumlarla başlayan qonaqlar 90 dəqiqənin sonunda qələbəyə sevinib - 2:4. Turun mərkəzi görüşü isə Turində keçirilib. Yerli "Yuventus" "Latsio"nu qəbul edib. İlk hissədə Arturo Vidalın dubluna qonaqların heyətində Miroslav Kloze bir qolla cavab verə bilib. İkinci hissədə isə "ağ-qaralar" rəqib qapısından daha 2 top keçirib. Qarşılaşma "qoca senyora"nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Kyevo - Napoli 2:4
Qollar: Marek Hamsik, 13; 64. Joze kallejon, 28. Qonzalo İquain, 70 - Alberto paloski, 24; 40.
Yuventus - Latsio 4:1
Qollar: Arturo Vidal, 14; 26. Mirka Vuçiniç, 49. Karlos Tevez, 80 - Miroslav Kloze, 28.
Chievo 2-4 Napoli (All Goals) 31.08... by ourmatch
Fanat.az