"Kubarsinin 17 yaşı var, amma veteran kimi oynayır"

"Kubarsinin 17 yaşı var, amma veteran kimi oynayır"

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın gənc ulduzu Pau Kubarsi barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano alman mütəxəssisin sözlərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Müdafiədə problemlərimiz var? Pau Kubarsini yaddan çıxarmayın. Onun hələ 17 yaşı var, amma veteran kimi oynayır".

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 21 matça çıxan Kubarsi 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir. Pau artıq İspaniyanın əsas yığmasına da dəvət alır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər