Rusiya Federasiyasının Krımsk şəhərində təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran"ın əvəzedici komandası üçüncü yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, təmsilçimiz "Kuban"ın gənclərdən ibarət komandası ilə qarşılaşıb.
Oyun Rusiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Xəzər Lənkəran"ın qapısına Konstantin Kertanov, Maksim Mayroviç və Qeorqi Tiqiyev yol tapıb.
Maraqlıdı ki, "Kuban"ın rəsmi saytı komandanın gənclərdən ibarət Azərbaycan yığması ilə qarşılaşdığını yazıb. Halbuki, 21 yaşadək futbolçulardan ibarət millimiz hazırda Antalyadadı. Krımskda isə "Xəzər Lənkəran"ın əvəzediciləri hazırlıq keçir.
Qeyd edək ki, Krımskdakı ilk iki oyununda "Fakel"in (Voronej) əvəzedici komandası ilə heç-heçə (1:1) oynayıb, Rusiyada 2013-cü il Spartakiadasının qalibi olan Krasnodar diyarının gənclərdən ibarət yığmasını isə udub (1:0).
Fanat.az