"Kristal Palas"dan 20 milyonluq həmlə

"Kristal Palas"dan 20 milyonluq həmlə

İngiltərənin "Kristal Palas" klubu Fransanın "Marsel" komandasında çıxış edən Kinten Timberi heyətinə qatmaq üçün ciddi addımlar atır.

Fanat.Az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 25 yaşlı niderlandlı yarımmüdafiəçinin transferi üçün həm Fransa klubu, həm də oyunçunun nümayəndələri ilə ətraflı danışıqlara başlayıb.

"Arsenal"ın müdafiəçisi Yurrien Timberin əkiz qardaşı olan Kinten uzun müddətdir ki, İngiltərə Premyer Liqasında oynamaq arzusu ilə yaşayır.

Yanvar ayında futbolçunu "Feyenoord"dan 4.5 milyon avroya alan "Marsel" rəhbərliyi bu keçid üçün təxminən 18-20 milyon avro civarında təklifləri dəyərləndirməyə hazırdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər