İspaniya "Kral Kuboku"nda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, ötən axşam "Real" - "Atletiko" oyunundan sonra "Barselona" - "Real Sosyedad" matçı keçirilib.
Oyun Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 44-cü dəqiqədə Serxio Buskets açıb. Qoldan sonra İniqo Martines qırmızı vərəqə alaraq "Real Sosyedad"ı azlıqda qoyub. 60-cı dəqiqədə isə Enaut Zubikaray topu öz qapısına vurub. Bu komandalar arasında cavab matçı fevralın 12-də keçirilib.
Qeyd edək ki, yarımfinalın digər oyununda "Real" "Atletiko"nu 3:0 hesabı ilə yenib. Fevralın 11-12-də keçiriləcək cavab matçlarında bir mürpriz baş verməsə, "Real"la "Barselona" finala çıxacaq və "Kral Kuboku"nda "El Klasiko" baş tutacaq.
Fanat.az