"Kral Kuboku"nda "El Klasiko" zamanı

"Kral Kuboku"nda "El Klasiko" zamanı
İspaniyada mövsümün ilk kuboku bu gün axşam Valensiyadakı "Mestalla" stadionunda keçiriləcək oyunda sahibini tapacaq. Fanat.az xəbər verir ki, İspaniya "Kral Kuboku"nun finalında "Real" və "Barselona" qarşılaşacaq. Dünyanın ən böyük derbilərindən biri olan "El Klasiko" Bakı vaxtı ilə saat 00.30-da başlayacaq.
"Real" cəbhəsi
Final matçından əvvəl keçirilən mətbuat konfransına qatılan "Real"ın baş məşqçisi Karlo Ançelotti zədə səbəbindən oynamayacaq Kriştiano Ronaldonun onlar üçün böyük itki olacağını bildirib: "İnanılmaz səviyyədə bir futbolçumuz oynamayacaq. Amma kim bilir, bəlkə də Ronaldonun oynamaması bizi oyuna daha çox kökləyəcək. Onsuz oynadığımız matçlarda daha çox qaçırıq və daha çox komanda şəkilində oynayırıq".
"Final olduğu üçün komandanı oyuna kökləməyə ehtiyac yoxdu. Finalı qazanmağın tək yola özümüz kimi oynamaqdı" deyən italyan mütəxəssis matçın penalti seriyasınadək uzana bilmə ehtimalını nəzərə alaraq 11 metrlik zərbələr üzərində çalışdıqlarını bildiribö 
"Real"ın qapıçısı İker Kasilyas qələbə qazanacaqlarına inanır: "Böyük futbolçuların meydanda olacağı bir matç olacaq. Qazanacağımıza inanırıq, kuboku başımız üzərinə qaldırmaq istəyirik. "Barselona"nın soln iki matçda məğlub olması final öncəsi heç bir anlam daşımır. Bu tam fərqli bir matç olacaq. Qazanmaq üçün sonadək mübarizə aparmalııyıq".
"Barselona" cəbhəsi
"Barselona"nın baş məşqçisi Cerardo Martino klubdakı gələcəyi ilə bağlı suallara konkret cavab verməyib. "Tata" ləqəbli mütəxzəssisin "Kral Kuboku"nu qazanmasa, mövsümün sonunda "Barselona"dan ayrılacaq" iddiaları ilə bağlı bunları deyib: "Bu məni narahat etmir. Sabahkı (bugünkü) nəticə nə olursa-olsun mənim mövsümlə bağlı qənaətim mənfi olacaq. Çünki digər kuboklar da var. "Barselona"da işləyirsənsə, hədəfin bütün kubokları qazanmaq olur. Burda keçid dövrüdü. Amma bununla yaşamağı öyrənməliyəm. Sağlam və səmimi tənqidlər olduğu kimi, qərəzli olanlar da var".
"Kral Kuboku" önəmli turnirdi. Bu yarışı digər kuboklarla müqayisə etmək olmaz. Mən bütün finalları qazanmaq üçün oynayan məşqçiyəm" deyə "Tata" əlavə edib.
Baş məşqçi Lionel Messi ilə bağlı suala da cavab verib: "Komanda olaraq nə qədər güclü olsaq, qazanmaq şansımız da o qədər artar. Messinin üzərində onsuz da yetərincə yük var və bu hər il daha da artır. Onun üçün çətin bir dönəmdi. Bütün bu problemləri geridə qoymaq üçün çox güclüdü".
"Barselona"nın futbolçusu Andres İnyesta komandanın kuboku qazanmaq gücündə olduğunu bildirib: "Ardıcıl iki matçda yenildikdən sonra psixoloji cəhətdən ağır olur. İşlər qaydasında getmədiyi zaman ruhdan düşürsən, ağlayırsan, acı çəkirsən, amma daha sonra ayağa qalxırsan. Hazırda beynimizdə final və kubokdan başqa heç nə yoxdu. Kuboku qazanmaq istəyiriksə, ən yaxşı oyunumuzu ortaya qoymalıyıq. Komandanın bunun üçün yetərincə gücü var. Azarkeşlərimizi, bizi və klubumuzu xoşbəxt edəcək bir final olacaq. Bu finalı qazanmaqdan başqa düşüncəmiz yoxdu".
Qeyd edək ki, "Kral Kuboku"nu indiyədək ən çox qazanan komanda "Barselona"dı. Kataloniyalılar 26 dəfə kuboku mkzeylərinə apara biliblər. "Atlektik" 23, "Real" isə 18 dəfə kuboka sahib çıxıb. "Real" və "Barselona" indiyədək 6 dəfə bu turnirin finalında qarşılaşıb və həyər 3 dəfə qalib tərəf olublar. Əzəli rəqiblər arasında indiyədək 227 "El Klasiko" baş tutub. Bu oyunlarda "Real" 90, "Barselona" 89 dəfə qalib gəlib. 48 dəfə isə tərəflər meydandan sülhlə ayrılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər