"Kral Kuboku" "Kral Klubu"na qismət oldu - VİDEO

"Kral Kuboku" "Kral Klubu"na qismət oldu - VİDEO
İspaniya "Kral Kuboku"nun qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, final matçında "Real" və "Barselona" qarşılaşıb.
Əzəli rəqibləri üz-üzə gətirəcək matç Valensiyadakı "Mestalla" stadionunda baş tutub. Hesabı 11-ci dəqiqədə "Real"dan Angel di Maria açıb. 68-ci dəqiqədə Mark Bartra bərabərliyi təmin edib. 85-ci dəqiqədə "Barselona"nın qapısına yol tapan Qaret Beyl "Kral Kuboku"nu "Kral Klubu"na qazandırıb. 
Qeyd edək ki, 114-cü dəfə öz sahibini tapacaq "Kral Kuboku"nu ən çox qazanan komanda "Barselona"dı. Kataloniya klubu indiyədək 26 dəfə kuboka sahib çıxıb. Onları 23 kubokla "Atletik" izləyir. "Real"ın muzeyində isə 18 "Kral Kuboku" var. "Real" və "Barselona" indiyədək 6 dəfə bu turnirin finalında qarşılaşıb və həyər 3 dəfə qalib tərəf olublar.
Onu qeyd edək ki, "Real" "Barselona"dan fərqli olaraq Çempionlar Liqasında da mübarizəni davam etdirir. Eyni zamanda hər iki klub "Atletiko" ilə birlikdə çempionluq uğrunda yarışır.
İspaniya
Kral Kuboku
Final
00.30 Real - Barselona 2:1
Qollar: Angel di Maria, 11. Qaret Beyl, 85 - Mark Bartra, 68.
Real: İker Kasilyas, Daniel Karvajal, Pepe, Serxio Ramos, Fabio Koentrao, Xabi Alonso, Luka Modriç, Angel di Maria (Asyer İllarramendi, 86), İsko (Kasemiro, 89), Qaret Beyl, Kərim Benzema (Rafael Varane, 90).
Ehtiyat oyunçular: Dieqo Lopes, Alvaro Morata, Naço Fernandes, Villian Jose.
Baş məşqçi: Karlo Ançelotti.
Barselona: Jose Manuel Pinto, Dani Alveş, Xavyer Maskerano, Mark Bartra (Aleksis Sançes, 87), Jordi Alba (Adriano, 46), Serxio Buskuets, Xavi Hernandes, Andres İnyesta, Kesk Fabreqas (Pedro Rodriges, 60), Neymar, Lionel Messi.
Ehtiyat oyunçular: Oyer Olazabal, Karles Puyol, Serj Roberto, Aleks Sonq.
Baş məşqçi: Cerardo Martino.
Sarı vərəqələr: İsko, 3. Pepe, 17. Xabi Alonso, 88 - Neymar, 17. Xavyer Maskerano, 53.
Baş hakim: Antonio Mateu Lahoz.
Valensiya. "Mestalla" stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər