"Koper"in baş məşqçisi: "Üzr istəyirəm"

"Koper"in baş məşqçisi: "Üzr istəyirəm"
"Komandamı qələbə, rəqibi yaxşı oyun münasibətilə təbrik edirəm. Həmişəki kimi oynadıq, rəqibə hörmətlə yanaşdıq. Boşluqlardan yararlanmağa çalışırdıq. Oyunçularımdan razıyam. Ümid edirəm ki, cavab oyununda da belə çıxış edə biləcəyik. Əminəm ki, Sloveniyada bizi çətin oyun gözləyir". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan sonra Sloveniyanın "Koper" klubunun baş məşqçisi Rodolfo Vanoli deyib.
Rəqib çalışdırıcı Böyükağa Hacıyevlə aralarındakı mübahisədən də danışıb: "Heç bir mübahisə olmadı. Biz futbol oynayırdıq, kobudluq olduğunu deməzdim. Hər komanda meydana qələbə qazanmaq üçün çıxır. Əgər qapıçımız xoşagəlməz jest edibsə, buna görə üsr istəyirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər