"Kopenhagen" Maksimdən UEFA-ya şikayət etdi

"Kopenhagen" Maksimdən UEFA-ya şikayət etdi

"Kopenhagen" rəsmiləri Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı Bakıda keçirilən oyunla bağlı UEFA-ya şikayət edib.

Fanat.Az xəbər verir ki, informasiyanı Bakıdan 0:1 hesablı yenilgiylə dönən Danimarka təmsilçisinin rəsmi saytı yayıb.  Şikayətçi tərəf "Qarabağ"ın Maksim Medvedevinmübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir. Matçın 20-ci dəqiqəsində Maksimin dirsəyiylə vurduğufutbolçunun almacıq sümüyünün əzildiyi, bununla belə, italiyalı referiPaoloTalyaventonun fitinin susduğu vurğulanıb. SkandinaviyalılarMedvedevin meydandan qovulmalı olduğunu düşünür. 

Görünən budur ki, rəqib Medvedevin cəzalandırılmasına, onun avqustun 23-də keçiriləcək cavab görüşünü buraxmasına nail olmağa çalışır.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər