"Komandaya hücumçu lazımdır" - Cavid Hüseynov

"Komandaya hücumçu lazımdır" - Cavid Hüseynov

Misli Premyer Liqasının XV turu çərçivəsində bu gün qonaq qismində "Sabah"a uduzan "Səbail"in baş məşqçisi Cavid Hüseynov oyundan sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "dənizçilər"in çalışdırıcısı belə danışıb:

"Rəqib komandanı təbrik edirəm. Heyətlə bağlı müəyyən çatışmazlıqlarımız var. Təbii ki, bu amil bir qədər də çətinlik yaradır. Hücum xəttində "dişsizliyimiz" nəzərə çarpır. Düşünürəm ki, problemlərimiz həllini tapacaq. Qış fasiləsinə qədər gözləməliyik...

Komandaya hücumçu lazımdır. Danışıq apardığımız oyunçular var. Ad açıqlaya bilmərəm.

İndiki durumda qarşıdakı matç barədə düşünürük. Diqqətimizi növbəti turun oyunlarına yönəldəcəyik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər