"Komanda" fəaliyyətini dayandırır

"Komanda" fəaliyyətini dayandırır
"Komanda" qəzeti fəaliyyətini dayandırır. Fanat.az xəbər verir ki, bu barədə qəzetin baş redaktoru Rəşad Ergün məlumat verib.
Rəşad bəy bunu yayım firmaları ilə yaşanan problemlə əlaqələndirib: "Avqustun 13-də "Komanda" qəzetinin son sayı işıq üzü görəcək. Bunu çoxdan planlaşdırsaq da, bir müddət gözləməyi qərara almışdıq. Amma yayım firmaları ilə bağlı vəziyyətin getdikcə daha da pisləşməsi bu addımı labüd edir.  "Qasid", "Azərmətbuatyayım" kimi firmaları olan ölkədə qəzet çıxarmaq demək olar ki, mümkün deyil. Ya satış pulundan imtina etməlisən, sponsora, reklam müqavilələrinə bel bağlamalısan, ya da qəzet sektorundan çəkilməlisən. Bizdə isə "Qasid"in qəzetlərin başına nə oyun açdığını çoxu bilir. Konkret, bu yayım firması 4 aydı ki, "Komanda" qəzetinə borclu olduğu pulu ödəmir. Eyni vəziyyət başqa firmalarda, əl yayımında da özünü göstərir. Bütün gücümüzlə 6 il "Komanda"nın qəzet kimi yaşaması üçün çalışdıq. Ölkənin ən yaxşı qəzetlərindən birinə çevrilmək üçün çaba göstərdik. Bu 6 ildə "Komanda" üçün əziyyəti keçən çox jurnalist olub. Hamısına bir-bir təşəkkür edirəm".
Baş redaktor bundan sonra sayt olaraq fəaliyyət göstərəcəklərini bildirib: "Qəzet olaraq dayansaq da, "Komanda" sayt kimi yoluna davam edəcək. Qəzetin dəst-xətti saytda da əksini tapacaq. Yegənə fərq bu olacaq ki, artıq həftədə bir dəfə yox, hər gün oxucuların yanında olacağıq. Tezliklə, "komanda.az"la yanınızdayıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər