Dünən Azərbaycan və Lixteynşteyn milliləri üz-üzə gəlib. Bakıda baş tutan matçda qalib müəyyənləşməyib. Oyun 0:0 hesabı ilə başa çatıb. Yığmanın sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb matç barədə nə düşündüyünü soruşduq. Onun Fanat.Az -a açıqlaması belə olub: "Lixteynşteynlə oyundan nəsə demək çətindir. Yığmamız gücünü qoysa da, üstünlüyümüzü qola çevirə bilmədik. Keyfiyyət baxımından sıxıntılar var. İki gün millinin yanında olmaq və dəstək vermək lazımdır. Nəsə desəm, bəhanə kimi görünəcək. Matça qədər futbolçularımız tam gücünü səfərbər edərək sona qədər mübarizə aparmalıdır. Qrupun lideri olmaq üçün çalışmalıdırlar. Oktyabrın 4-ü azarkeşlər millimizin yanında olmalıdır. Günahkar axtarmaq lazım deyil. Problem varsa, onu həll etmək önəmlidir. Hazırda komandanı ruhlandırmaq vacibdir. Bütün tamaşaçılar ayın 4-də stadionda yığmamıza dəstək versə, yaxşı olar". Əlisahib İbrahimli
"Komandanı ruhlandırmaq vacibdir" - Vaqif Sadıqov
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
20:14
06.10.2026
"Qarabağ"ın futbolçusu Kərbəladan şəhidlərimizi yad etdi
Azərbaycan futbolu
17:33
06.10.2026
"Şahdağ Qusar"ın idman direktoruna töhmət verildi
Azərbaycan futbolu
16:04
06.10.2026
"Oyunun gedişindən asılı olaraq, 1 xal da dəyərli ola bilər, amma "Səbail"lə matçda..." - "Karvan-Yevlax"ın kapitanı
Azərbaycan futbolu
14:17
06.10.2026
"Səbail"in futbolçusu uzun müddətə sıradan çıxdı