İtaliya millisinin baş məşqçisi Antonio Konte "AVRO-2016"nın 1/8 final mərhələsində İspaniyanı 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmadan sonra açıqlama verib. Fanat.az xəbər verir ki, təcrübəli çalışdırıcı 1/4 finala yüksəlməyi belə şərh edib:
"Möhtəşəm bir qələbə qazandıq. Çox çətin bir oyun keçirdik. Oyunçularımı tək-tək təbrik edirəm. Komandamla qürur duyuram. Hamısı oyun planına sona kimi sadiq qaldılar. İndi isə tez bir zamanda dincəlməliyik. Biz bütün dünyaya İtaliya futbolunun sadəcə "katenaçço”dan ibarət olmadığını göstərdik. 1/4 finalda bizi Almaniya kimi rəqib gözləyir. Qalibiyyəti qısa şəkildə qeyd edib, sonrakı matça hazırlanmalıyıq”.
Fanat.az