Türkiyə Birinci Liqasında mübarizə aparan "Boluspor" sonuncu pillədə qərarlaşıb. Azərbaycanlı futbolçu Elvin Yunuszadədən komandanın vəziyyəti və klubdan ayrılıb-ayrılmayacağı barədə fikirlərini soruşduq. Onun Fanat.Az -a açıqlaması belə oldu: "Əlbəttə ki, hazırda nəticəmiz ürəkaçan deyil. Komanda həqiqətən də bir yerə çox gec toplaşdı. Məşqçi çempionatın başlamasına 5-6 gün qalmış komandaya gəldi. Mən özüm də eyni vaxtda kollektivə qoşuldum. Komanda təlim-məşq toplanışı keçmədi, heç bir yoldaşlıq oyunu oynamadı. İstər-istəməz bunların hamısı öz təsirini göstərdi. İndi yeni baş məşqçi gəlib. Mənim burada 1 illik müqaviləm var və ancaq komandanın xeyri haqqında düşünürəm. Komandanı bu vəziyyətdən yəni sonuncu pillədən, ən azından bu təhlükəli zonadan çıxarmalıyıq. Məncə, hələ vaxtımız var və hər şey qabaqdadır. Yeni məşqçinin gəlişinin komanda üçün yaxşıya doğru xeyirli olacağını düşünürəm. Komandadan ayrılmaqla və ya ümumiyyətlə başqa bir şeylə bağlı nəsə demək həqiqətən çox çətindir, hələ tezdir". Qeyd edək ki, yayda "Boluspor"a üz tutan Elvin komandasının heyətində 2 oyuna çıxıb və müdafiəçi 118 dəqiqə meydanda qalıb. Əlisahib İbrahimli
"Komandadan ayrılmaqla bağlı nəsə demək çox çətindir" - Elvin Yunuszadə
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Azərbaycan futbolu
18:38
15.10.2026
AFFA-da 2027/2028 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
17:50
15.10.2026
"Sabah"la oyun ərəfəsində "Qəbələ" qapıçısını itirdi
Azərbaycan futbolu
17:14
15.10.2026
1-ci Liqa: Lider ilk məğlubiyyətin acısını daddı, "Səbail"dən inamlı qələbə