“İnter” qrupun favoritidi. Bu rəqibin təqdimata belə ehtiyacı yoxdu. Avropanın ən tanınmış klublarından biriylə oynayacağıq”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem deyib.
Avroliqanın qrup mərhələsi çərçivəsində Milanda üz-üzə gələcəkləri rəqib haqda danışan orta xətt oyunçusu müsbət nəticəyə ümid etdiyini və inandığını vurğulayıb: “Oyuna yaxşı hazırlaşmışıq. İatliyada məşqlərimizi davam etdirəcəyik. Təbii ki, oyunun favoriti “İnter”di. Sürətli futbol oynayırlar. Ancaq biz də müsbət nəticə qazanmağa ümid edirik. Rəqibin kimliyindən asılı olmayaraq sonadək mübarizə aparacağıq. Komandada özünəinam var. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
Fanat.az