"Klub tapmasam, jurnalist işləyəcəyəm" - Vaqif Cavadov

"Klub tapmasam, jurnalist işləyəcəyəm" - Vaqif Cavadov

Qış fasiləsində "Sumqayıt" klubundan ayrılan Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun "Report"a müsahibəsi

- "Transfer pəncərə"si bağlansa da, özünüzə klub tapa bilmədiniz. Bundan sonra necə olacaq?

- Hələlik klub axtarmaqla yanaşı, fərdi şəkildə məşq edirəm. Bəzi variantlar var. Yaxın günlərdə bəlli olacaq.

- Hansı klublarla danışıq aparırsınız?

- Ad çəkmək istəmirəm. Rusiya və Türkiyə klublarından birinə transfer olunmağım mümkündür.

- Söhbət həmin ölkələrin I divizion klublarından gedir?

- Türkiyə ilə bağlı variant I divizion təmsilçisidir. Amma Rusiyada Premyer Liqa komandaları ilə danışıq aparıram.

- Həmin klub Tula "Arsenal"ıdır?

- Bəli, biri bu komandadır. Lakin Rusiya ilə bağlı başqa bir variant da var. Sadəcə, ad çəkməyim düz olmaz.

- "Sumqayıt"dan gedişiniz bir qədər gözlənilməz oldu. Səbəb nə oldu: Baş məşqçi Samir Abasovla münasibətiniz yaxşı deyildi?

- Açığı, bu barədə danışmaq istəmirəm. İrəliyə baxmaq lazımdır.

- Vaqif Cavadov niyə Azərbaycan klublarından heç birinə lazım olmadı?

- Bu, hər bir klubun daxili işidir. İsəmirlərsə, nə edə bilərəm?

- Rusiyanın MOİK klubunun yetirməsininiz, lakin Türkiyədə də iki fərqli komandanın formasını geyinmisiniz. Karyeranızı hansı ölkədə davam etdirmək daha çox ürəyinizcə olar?

- Fərqi yoxdur, təki klub olsun.

- Bəs, olmasa necə?

- Olmasa, jurnalist işləyəcəyəm (gülür - red.).

- Karyeranızı bitirəcəksiniz, yoxsa növbəti mövsümü gözləyəcəksiniz?

- Xeyr, hələ bir neçə ilin oynamaq istəyirəm, cavanam. Hələ 28 yaşım var. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər