"Köln"dən İngiltərə klubunun 30 milyonluq təklifinə rədd cavabı - Detallar

"Köln"dən İngiltərə klubunun 30 milyonluq təklifinə rədd cavabı - Detallar

Almaniya təmsilçisi "Köln" gənc ulduzu Said El Mala üçün İngiltərənin "Brayton" klubundan gələn cəlbedici təklifi geri çevirib.

Fanat.Az xəbər verir ki, "Brayton" 19 yaşlı istedad üçün 30 milyon avro təklif etsə də, Bundesliqa klubu bu məbləği qeyri-kafi hesab edib.

Bu barədə "Sport Bild" nəşri məlumat yayıb

Cari mövsümdə vurduğu qollarla diqqət çəkən El Mala, "Köln"ün heyətində qalmaq istədiyini rəsmən təsdiqləyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər