"Köln" yenidən Bundesliqada

"Köln" yenidən Bundesliqada
Almaniya Bundesliqasına vəsiqə qazanan ilk klub müəyyənləşib. Fanat.az xəbər verir ki, bu hüququ "Köln" qazanıb.
Köln şəhərinin eyni adlı təmsilçisi XXXI turda "Bohum"la qarşılaşıb. İlk yarını 0:1 hesablı məğlubiyyətlə başa vuran komanda ikinci hissədə 3 qol vurub - 3:1. Nəticədə "Köln" II Bundesliqada mövsümün başa çatmasına 3 tur qalmış 64 xalla çempionluğunu elan edib və 2013/14 mövsümündə Bundesliqada oynamaq hüququ əldə edib.
Qeyd edək ki, "Köln" klubu 1948-ci ildə qurulub. 1962, 1964 və 1978-ci illərdə Bundesliqanın qalibi olan komanda 7 dəfə gümüş medallara sahib çıxıb (1960, 1963, 1965, 1973, 1982, 1989, 1990). 4 dəfə Almaniya Kubokuna (1968, 1977, 1978, 1983) sahib çıxmış Bundesliqanın yeni üzvü 1985/86 mövsümündə UEFA Kubokunun finalına çıxıb. Lakin həlledici matçda "Real"a 3:5 hesabı ilə yenilərək kuboku qazana bilməyib. 2011/12 mövsümünün son turunda "Bavariya"ya yenilərək II Bundesliqaya düşən komanda cari mövsümdə çempion kimi elitaya dönmək hüququ qazanıb. 
"Köln" ev oyunlarını 50 min azarkeş tutumu olan "Reyn Enerji" stadionunda keçirir. 48 yaşlı avstriyalı mütəxəssis Peter Stögerin başçılıq etdiyi komandada Almaniya, Sloveniya, Mərakeş, Braziliya, Polşa, Nigeriya, Xorvatiya, Kanada, Yaponiya, Norveç və Avstriyadan futbolçular çıxış edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər