Bu gün “Kəpəz”in 14 yaşadək futbolçulardan ibarət komandası Azərbaycanın U-17 qızlar yığması ilə yoxlama matçı keçirib. Fanat.Az xəbər verir ki, Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında gerçəkləşən görüşdə tərəflər hərəsi 40 dəqiqədən ibarət 2 hissədə mübarizə aparıblar. Oyun “Kəpəz” U-14-ün 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada hesabı Rizvan Səmədli açıb. Fasilədən sonra “sarı-göylər”in heyətində Həsən Həsənli və Əziz Quliyev fərqlənib. Onu da qeyd edək ki, yoxlama matçı U-17 qızlar yığmasının “Kəpəz” PFK-nın məşq mərkəzində təşkil olunan hazırlıq prosesi çərçivəsində keçirilib. Xanım futbolçular sabah Gəncədəki təlim-məşq toplanışını başa vurub Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün Albaniyaya yollanacaqlar.
"Kəpəz"in U-14 komandası U-17 millimizi məğlub etdi
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Dünya futbolu
23:46
15.10.2026
Azərbaycan millisi Türkiyənin təşkil edəcəyi turnirdə mübarizə aparacaq?
Milli
12:21
15.10.2026
DÇ: Azərbaycan millisi Slovakiya ilə üz-üzə
Milli
15:32
14.10.2026
Azərbaycan millisinin Çexiya ilə oyun üçün heyəti açıqlandı
Milli
10:33
14.10.2026
DÇ: U-23 millimiz mundialda BƏƏ ilə qarşılaşır