"Oyunun çətin keçəcəyini bilirdik. Hər şey gözlədiyimiz kimi oldu". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan sonra "Çixura"nın baş məşqçisi Samson Pruidze deyib.
"Çixura" Avropa Liqasının III təsnifat mərhələsinin "Neftçi" ilə ilk oyununu Bakıda keçirib və 0:0 hesablı heç-heçəyə razılaşıb. Pruidze matçdan sonra fikirlərini bildirib: "Neftçi" həqiqətən də güclü komandadı. Güclü heyətləri var. Baş məşqçiləri də güclü mütəxəssisdi. Ancaq biz də bu gün sübut etdik ki, "Neftçi"dən zəif deyilik. İndi bizi qarşıda cavab matçı gözləyir. Bu gün uğur bizim tərəfdə oldu. Bir çox qol imkanımız olsa da, fərqlənə bilmədik. Bu oyun geridə qaldı. Cavab oyununa daha ciddi hazırlaşacağıq. Əsas hədəfimiz həmin oyuna yaxşı hazırlaşıb mərhələni keçməkdi".
Fanat.az