"İrəli baxmaq lazımdı" - Şahin Diniyev

"İrəli baxmaq lazımdı" - Şahin Diniyev

Şahin Diniyev "Qarabağ"la oyunla (0:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi bunları deyib:

"Belə bir oyundan sonra danışmaq bir az çətindi, amma danışmamaq da olmur. Bizim itkilərimiz çox idi, lakin bütün bunlar məğlubiyyətə əsas vermir, səbəb deyil. Meydançada da zədəlilərimiz az deyildi. Bundan əlavə, cinah müdafiəçisinin olmaması bizi məcbur etmişdi ki, sistemi dəyişək. İlk hissədə Çumbinyonun fərdi yaratdığı qol epizodundan başqa “Qarabağ”ın real şansı olmadı. Futbolçularım ilk hissədə taktiki cəhətdən ağıllı oynadılar. İkinci hissədə müəyyən üstünlüyümüz vardı. İtiriləcək bir şey yox idi. Ona görə də hücuma atıldıq, oyun 1:1 hesabı ilə də bitə bilərdi. Sadəcə, oyunun sonlarında uşaq səhvlərindən qollar buraxdıq. Lakin irəli baxmaq lazımdı, uğur qazanmaq üçün səhvləri minimuma endirmək vacibdi. “Qarabağ” bizim top komandamızdı, səhvləri bağışlamır. “Qarabağ”a “Tottenhem”lə oyunda uğurlar arzu edirəm. Etiraf edim ki, biz ilk hissədə qorxaq futbol oynadıq, ikinci hissədə isə sərgilədiyimiz futbol xoşumuza gəldi”. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər