"İngiltərənin bütün güclü və zəif tərəflərini bilirəm" - Murad Yakın

"İngiltərənin bütün güclü və zəif tərəflərini bilirəm" - Murad Yakın

İsveçrə millisinin baş məşqçisi Murat Yakın Avropa çempionatının 1/4 finalında qarşılaşacaqları İngiltərə millisi ilə görüşlə bağlı gözləntilərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti türk əsilli çalışdırıcının dediklərini belə təqdim edib:

“Rəqibimizin oyununu dəyərləndirmək mənim işim deyil. Bütün diqqətimi öz işimizə yönəltmişəm. Biz onların bütün güclü və zəif tərəflərini bilirik. Komandanı mümkün qədər yaxşı hazırlamaq istəyirəm”. 

Xatırladaq ki, İngiltərə - İsveçrə matçı şənbə günü, iyulun 6-da keçiriləcək və start fiti saat 20:00-da səsləndiriləcək. Almaniyada keçirilən Avropa çempionatı iyunun 14-də başlayıb və iyulun 14-dək davam edəcək.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər