"İndi Noyer Noyer deyil" - Lotar Matteus

"İndi Noyer Noyer deyil" - Lotar Matteus

Almaniya futbolunun canlı əfsanələrindən olan Lotar Matteus "Bayern Münhen"in qapıçısı Manuel Noyeri tənqid edib.

Fanat.Az xəbər verir ki, "Bayern & Germany" onun sözlərini belə çatdırıb:

"Manuelin qəlbinə dəymək istəmirəm, amma o, daha komandanın dayağı deyil. Onun oyunu dəyişib. Əvvəllər Manuel hər epizodu "oxuyur", hər şeyi nəzarətdə saxlayır, əla ötürmələrlə hücumları başlayırdı. Hazırda müdafiənin təhlükəsizliyini təmin edə bilmir. İndi Noyer Noyer deyil".

Xatırladaq ki, 38 yaşlı Noyerin "Bayern Münhen"lə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər