"İnanın, o, hələ də bədheybətdir"

"İnanın, o, hələ də bədheybətdir"

"Fiorentina"nın baş məşqçisi Raffaele Palladino İtaliya A Seriyasının 7-ci turunda "Milan"a qarşı keçirdikləri oyunda (2:1) 2 penalti dəf edən David de Xeadan danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"İnanın, o, hələ də bədheybətdir. Biz Davidin niyə əsl çempion olduğunu gördük. Ona hər gün təşəkkür etməliyik, çünki ən yaxşı qapıçıdır və örnəkdir".

Xatırladaq ki, de Xea "Fiorentina"ya bu yay qoşulub.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər