"İlk yarıda qol vura bilsəydik..."- "Şerif"in baş məşqçisi

"İlk yarıda qol vura bilsəydik..."- "Şerif"in baş məşqçisi

“Rəqibi yaxşı təhlil etmişdik. İlk yarıda qol vura bilsəydik, oyun fərqli alınacaqdı". Fanat.Az xəbər verir ki, bu sözləri "Şerif"in çalışdırıcısı Roberto Bordin deyib. 

 

Çemopionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda öz meydanında “Qarabağ”a 1:2 hesabıyla yenilən Moldova təmsilçisinin baş məşqçisi oyundan sonra jurnalistlər önünə çıxıb. O, məğlubiyyətə layiq olmadıqlarını söyləyib: 

"Davamlı hücumlar qurduq, qol vəziyyətləri yaratdıq. İkinci yarıda isə vəziyyət bir qədər fərqliydi. Qol vurmalıydıq. Bu üzdən hücuma atılmağa məcbur olduq. Nəticədə rəqibə daha çox boş sahə verməyə başladıq. “Qarabağ” texnikalı komandadı. Topla gözəl davranırlar. Ancaq məncə, “Şerif” meydanda üstün tərəf idi. Rəqiblə müqayisədə daha çox qol vəziyyəti yaratdıq. Təəssüf ki, şansları boşa verdik. Bu nəticəyə layiq deyildik”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər